SON DƏQİQƏ

“Facebook” aldadan alqoritm yaradıb

Tarix:

29-10-2019, 15:31

/ 1 773 dəfə oxundu.
“Facebook” aldadan alqoritm yaradıb

"Facebook" sosial şəbəkəsinin süni intellekt sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan "Facebook AI Research" (FAIR) tədqiqat bölməsi qabaqcıl sifətin tanınması sistemlərini aldada bilən texnologiya yaradıb. İlk belə texnologiya olmasa da, digər şirkətlərin oxşar alqoritmlərindən fərqli olaraq "FAIR" proqramı sifətləri fotoşəkillər üzərində deyil, birbaşa translyasiyalar daxil olmaqla videoda dəyişdirə bilir.

Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, alqoritm kompüter təlimi vasitəsilə videoda sifətlərin detallarına cüzi dəyişikliklər edir. Bu dəyişikliklər isə orijinal video ilə birbaşa müqayisədə nəzərə çarpmır, lakin sifətin tanınması sistemlərini uğurla aldadır.

Hazırda "Facebook" texnologiyanın kommersiya məhsullarına tətbiqini planlaşdırır. Yeni texnologiya insanların məxfiliyinin qorunması üçün gələcək işləmələrə təsir edə, eləcə də saxta videolarla mübarizəyə kömək edə bilər.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ