SON DƏQİQƏ

“Windows 10” sahibini üzdən tanıyacaq

Tarix:

26-12-2018, 09:48

/ 10 232 dəfə oxundu.
“Windows 10” sahibini üzdən tanıyacaq

Yeni il bayramından sonra bir sıra aparıcı texnologiya şirkətləri istifadəçiləri unikal innovasiyaları ilə sevindirəcək. Fərdi kompüterlər və noutbuklar üçün ən populyar əməliyyat sistemini ərsəyə gətirməyə çalışan “Microsoft” şirkəti  bu baxımdan istisna deyil.

Oxu.Az “Hi-News” portalına istinadən xəbər verir ki, nəzərdə tutulan yeni texnologiyaya əsasən Windows əməliyyat sistemi ilə çalışan istənilən kompüter öz istifadəçisini üzdən tanıyacaq. 

“Microsoft” yeni texnologiyanın hansı funksiya əsasında gerçəkləşəcəyini də gizlətmir.

Məlumata əsasən, 2019-cu ildə “Microsoft” şirkəti  Windows 10 və Xbox One  sistemləri üçün yeni veb kameralar satışa çıxaracaq.

Kameranın əsas özəlliklərindən biri Windows 10 əməliyyat sistemi ilə çalışan istənilən kompüterdə  Windows Hello – üzün tanınması proqramını dəstəkləməsi olacaq.

Digər kamera isə Xbox One əməliyyat sistemi üçün nəzərdə tutulub, və İstifadəçilərin “üz tanınma” funksiyası ilə hesaba daxil olmasını təmin edən “Kinect” funksiyasını dəstəkləyəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ