SON DƏQİQƏ
» » Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu

Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu

Tarix:

28-10-2019, 13:59

/ 1 268 dəfə oxundu.
Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu

Çin Rusiyanın ən yaxşı dostudur.

GunAz.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 45%-i bu fikri dəstəkləyib.

Rusiyanın dost ölkələri siyahısında ilk beşliyi Belarus (30%), Qazaxıstan (21%), Suriya (13%), Türkiyə (13%) qapadıb. Ermənistanı Rusiyaya dost hesab edənlərin sayı 4%, İranı isə 3% təşkil edib.

Moskvanın ən gərgin münasibəti olan ölkələr siyahısında isə ABŞ, Ukrayna, Britaniya, Polşa, Gürcüstan, Almaniya, Latviya, Litva və digərləri yer alıb. ABŞ-ı düşmən hesab edənlərin sayı 8% azalaraq 67% təşkil edib. Bunun əvəzində Ukraynanı düşmən hesab edənlərin sayı 14% artaraq 53%, Gürcüstanı düşmən sayanlar isə 7% artaraq 12% olub.

Rusların fikrincə, hazırda Rusiyaya əsas hərbi hücum təhdidi ABŞ-dandır. Bu fikri əhalinin 53%-i müdafiə edib. Ondan sonrakı pillələrdə Ukrayna, Çin, Britaniya, Yaponiya, NATO, Polşa, Baltikyanı ölkələr və Almaniya qərarlaşıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ