SON DƏQİQƏ
» » Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Tarix:

3-05-2018, 14:44

/ 10 265 dəfə oxundu.
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 596 703 əcnəbi ziyarətçi səfər edib.

Gunaz.az Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 85 960 nəfər və ya 16,8% çoxdur.

Gürcüstanda 24 saat və ya ondan çox müddətdə olmuş turistlərin sayı isə 278 032 nəfər (+24,9%) təşkil edib.

Aprel ayında Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 10,4% artım qeydə alınıb.

Gürcüstana Azərbaycandan sonra ən çox səfər Rusiya, Türkiyə, Ermənistan və İrandan edilib.

Yanvar-aprel aylarında isə Gürcüstana 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi, 937 370 nəfər turist (+27,2%) səfər edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ