SON DƏQİQƏ
» » Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 28% artıb Böyüt

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 28% artıb Böyüt

Tarix:

9-10-2017, 12:51

/ 1 181 dəfə oxundu.
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 28% artıb  Böyüt

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb.

 

Gunaz.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə qardaş ölkəyə gedən vətəndaşlarımızın sayında 28% artım olub.

 

Hesabat dövründə Qərbi Avropa ölkələrindən Türkiyəyə səfər edənlərin sayında azalma baş versə də ümumilikdə MDB ölkələrindən səfər edən turistlərin sayı artıb.

 

Türkiyəyə gələn turistlərin sayında artıma görə siyahıya Rusiya liderlik edir. Belə ki, bu ilin 8 ayı ərzində Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayı 9,9 dəfə artıb. Daha sonra siyahıda 2,25 dəfə artımla Belarus, 74%-lə Qazaxıstan, 47%-lə Tacikistan, 28%-lə Azərbaycan və 23%-lə Ukrayna gəlir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ