SON DƏQİQƏ
» » Yaponiyada leysan 8 can aldı, baş nazir toplantı çağırdı

Yaponiyada leysan 8 can aldı, baş nazir toplantı çağırdı

Tarix:

26-10-2019, 15:00

/ 413 dəfə oxundu.
Yaponiyada leysan 8 can aldı, baş nazir toplantı çağırdı

Yağan güclü leysan yağışı nəticəsində Yaponiyanın Çiba prefekturasında azı 8 nəfər həlak olub, taleyi məlum olmayan daha iki yerli sakin isə itkin düşmüş hesab olunub.
Bu haqda NHK televiziya kanalı bu gün səhər tezdən məlumat yayıb. Məlumata görə, üç sakin leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsinin qurbanı olub, xilasedicilər həmin üç nəfərin cəsədini su altında qalmış maşınlarında tapıb. Daha iki nəfər isə daşan çayda boğulub.
Xəbərdə qeyd olunur ki, Çiba prefekturasında təkcə cümə gününün yarısına qədər aylıq yağış norması qədər yağış yağıb, yeddi çay daşıb. Yerli hakimiyyət orqanları su basmış ərazilərdən 50 min sakinin təcili təxliyə edilməsini tövsiyə edib.
Yaponiyanın Kyodo agentliyi xəbər verir ki, Baş nazir Şinzo Abe təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün müvafiq idarə rəhbərlərini və əyalət başçılarını toplayıb.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ