SON DƏQİQƏ
» » Bu səbəbə görə 40 min nəfərin təxliyə olunması tövsiyə edildi

Bu səbəbə görə 40 min nəfərin təxliyə olunması tövsiyə edildi

Tarix:

3-07-2018, 11:07

/ 10 276 dəfə oxundu.
Bu səbəbə görə 40 min nəfərin təxliyə olunması tövsiyə edildi

Yaponiyanın cənub-qərbində yerləşən Kyusyu adasının 4 prefekturasında hökumət orqanları "Prapirun” qasırğasının yaxınlaşması səbəbindən 38 min nəfərin təxliyə olunmasını tövsiyə edib. Tövsiyə Kaqosima, Kumamoto, Fukuoka və Miyadzaki prefekturasının sakinlərinə aiddir.
GunAz.az xəbər verir ki, hazırda qasırğa Yapon dənizi istiqamətindən Yaponiya arxipelaqına çatıb. Onun mərkəzində təzyiq 960 hektopaskala, küləyin sürəti isə saniyədə 35 metrə, bəzi hallarda isə 50 metrə çatır. "Prapirun” özü ilə leysan yağışları da gətirir. Belə ki, Okinava prefekturasında 3 saat ərzində 184 millimetr yağıntı qeydə alınıb. Ölkənin Baş Meteoroloji İdarəsi torpaq sürüşmələrinin və çaylarda daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Əhaliyə vacib olmadığı təqdirdə evlərindən çıxmamaq tövsiyə olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ