SON DƏQİQƏ
» » Yaponiyada 180-dən çox daxili aviareys təxirə salınıb

Yaponiyada 180-dən çox daxili aviareys təxirə salınıb

Tarix:

1-03-2018, 09:13

/ 10 330 dəfə oxundu.
Yaponiyada 180-dən çox daxili aviareys təxirə salınıb

Yaponiyada hava təzyiqinin kəskin aşağı düşməsi ilə əlaqədar yaranan şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, reyslərin əksəriyyəti şimaldakı Hokkaydo adasında və cənub-qərbdə yerləşən Kyüşü adasında təxirə salınıb.

Hokkaydo adasında şiddətli küləklər dəmir yolunun hərəkətində də problemlər yaradıb. Burada yüzdən çox qatarın hərəkət cədvəli pozulub. Qatarların, o cümlədən sürətli “Şinkansen” qatarlarının hərəkətində pozuntular ölkənin cənub-qərbində də müşahidə olunub.

Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, martın 1-ə keçən gecə ölkənin bəzi regionlarında küləyin sürəti saniyədə 32 metrə çatıb. Şiddətli küləklərin Yaponiyada martın 2-də də müşahidə ediləcəyi və sürətinin saniyədə 25-28 metrə çatacağı gözlənilir.

Eyni zamanda, sinoptiklərin bildirdiyinə görə, Hokkaydo adasında güclü qar yağacaq, sutka ərzində 70 santimetr qalınlıqda yağıntı düşəcək. Sahil rayonlarda 6-8 metr hündürlükdə dalğaların müşahidə ediləcəyi də bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ