
Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.