SON DƏQİQƏ
» » Britaniyada güclü qar ciddi problemlər yaradıb

Britaniyada güclü qar ciddi problemlər yaradıb

Tarix:

28-02-2018, 00:03

/ 7 594 dəfə oxundu.
Britaniyada güclü qar ciddi problemlər yaradıb

Britaniyada güclü qar ciddi problemlərə səbəb olub.

Gunaz.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın Kent, Surrey, Suffolk və Sasseks şəhərləri qardan ən çox zərər görən bölgələrdir. Bu ərazilərdə qar 10 santimetrədək yüksəlib. Yüzlərlə qatar səfərləri təxirə salınıb. Yollarda baş verən qəzalar nəticəsində maşınların hərəkətində ciddi problemlər yaranıb. Ölkənin bir çox ərazilərində məktəblərə tətil verilib.

Britaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda xüsusilə qeyd edilən ərazilərdə yaşayanların mümkün qədər evlərini tərk etməmələri, sürücülərin isə yola çıxmamaları məsləhət görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ