SON DƏQİQƏ
» » MAQATE nüvə sazişindən çıxan ABŞ-ın tələbi ilə İran haqda toplantı keçirir

MAQATE nüvə sazişindən çıxan ABŞ-ın tələbi ilə İran haqda toplantı keçirir

Tarix:

10-07-2019, 20:35

/ 1 799 dəfə oxundu.
MAQATE nüvə sazişindən çıxan ABŞ-ın tələbi ilə İran haqda toplantı keçirir

Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə sazişindən çıxan ABŞ-ın tələbi ilə İranın son addımları haqda növbədənkənar toplantı keçirir.

GunAz.az BBC.Farsi-ə istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə sazişi ilə bağlı son addımları haqda nəzərdə tutduğu növbədənkənar toplantının vaxtını dəyişib və toplantının bu gün keçiriləcəyini bildirib.

Cavad Zərif bu məsələyə münasibət bildirərək, onu "məsxərə" adlandırıb.

Cavad Zərif twitter səhifəsində bildirib ki, "ABŞ bu sazişdən birtərəfli şəkildə çıxıb, ona əməl edən dövlətlərə sanksiya tətbiq edib və hədələyib. Ona görə belə bir dövlətin tələbi ilə İran haqda toplantı keçirməyin yeri yoxdur."

Cavad Zərif bildirib ki, İran nüvə sazişilə bağlı yeni addımlarını bu sazişin 36-cı bəndinə əsasən atır.

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxaması, sanksiyalara başlaması və Avropanın sazişin öhdəliklərinə əməl edə bilməməsindən sonra İran onun 3 bəndinin icrasını dayandırıb və növbəti bəndlərlə bağlı qarşı tərəfə iki aylıq möhlət verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ