SON DƏQİQƏ
» » İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...

İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...

Tarix:

28-09-2018, 11:01

/ 10 222 dəfə oxundu.
İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...

İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal proqramından danışmağa çağırıb.

GunAz.az publika.az -a istinadən xəbər verir ki, bu haqda Tvitter səhifəsində bildirib.

“İsrail bizim regionumuzda məxfi və nüvə silahlanması üzrə qeyri-leqal proqramdan istifadə edən tək rejimdir. İsrailin qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb”, - o deyib.

Xatırladaq ki, İsrailin baş naziri BMT Baş Assambleyasında çıxış edərək İranın tonlarla nüvə materialının saxlandığı gizli anbara sahib olduğunu bildirib. Onun sözlərinə görə, bunu yəhudi dövlətinin kəşfiyyatı aşkar edib. Baş nazir sübut olaraq peyk şəkli və dəmir qapıların olduğu divarın şəkilini nümayiş etdirib.

Onun sözlərinə görə, anbarın içində ən azı 15 yük konteyneri saxlanılır və onların ümumi çəkisi 300 tona çata bilər. Netanyahu qeyd edib ki, obyekt İranın atom layihəsinin arxivinin saxlanıldığı yerin yaxınlığında yerləşir. Baş nazir MAQATE-ni bu rayonda dərhal yoxlama keçirməyə çağırıb.

Xatırladaq ki, aprelin 30-da Netanyahu İsrail kəşfiyyatının (MOSSAD) İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb.

"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığını yalan deyib", - Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail kəşfiyyatı İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla, yarımton material əldə edib.

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.

Məhəmməd Cavad Zərif isə deyib ki, İsrailin Tehranda gizli hərbi nüvə proqramının olmasına dair ittihamları "köhnədir" və ötən illərdə MAQATE tərəfindən baxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ