SON DƏQİQƏ

İsraildən İrana ŞOK TƏHDİD

Tarix:

3-09-2018, 19:10

/ 10 243 dəfə oxundu.
İsraildən İrana ŞOK TƏHDİD

İsrail İranın İraqdakı hədəflərini vura biləcəyini açıqlayıb.

GunAz.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.


İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, daha əvvəl İranın Suriyadakı hədəflərini vurub: “Suriyada olan hər şeyi dəqiqliklə izləməliyik. İranın hədəfləri məsələsində də təkcə Suriya ilə yekunlaşmamalıyıq. Haradan gəlməsinə baxmayaraq, İranın istənilən təhdidinə qarşılıq verəcəyik”.

Qeyd edək ki, “Röyters” agentliyi ötən həftə Tehranın İraqdakı şiə güclərinə onlarla raket verdiyini yazıb. 700 kilometr mənzilə sahib olan raketlər Ər-Riyad və Təl-Əvivi vurmaq imkanına malikdir. İraqın Xarici İşlər Nazirliyi isə raketlərin verilməsi xəbərini təkzib edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ