SON DƏQİQƏ
» » İrana qarşı müharibəni başladan tərəf onu bitirə bilməyəcək - Cavad Zərif

İrana qarşı müharibəni başladan tərəf onu bitirə bilməyəcək - Cavad Zərif

Tarix:

10-06-2019, 14:47

/ 1 915 dəfə oxundu.
İrana qarşı müharibəni başladan tərəf onu bitirə bilməyəcək - Cavad Zərif

"İran müharibənin başladanı olmayacaq. Amma bizimlə müharibəyə girən və ona başlayan tərəf onu bitirən olmayacaq."

GunAz.az Mehr Agentliyinə istinadla xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib.

Bu gün Tehranda almaniyalı həmkarı Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında İran XiN rəhbəri son dönəmlərdə Tehrana qarşı bildirilən təhdidlərə diqqət çəkib.

Müharibənin olmayacağını qeyd edən Cavad Zərif eyni zamanda bildirib ki, vəziyyət, İrana qarşı müharibəyə başlayan tərəfin nəzarətindən çıxacaq və belə bir tərəf müharibəyə son qoya bilməyəcək.

İran XİN rəhbəri həmçinin nüvə sazişinin son vəziyyəti ilə bağlı Avropa dövlətlərinə xəbərdarlıq edib və saziş çərçivəsində edilən vədlərin yerinə yetirilməsini istəyib. O, habelə sazişdən kənar mövzuların bura salınmasının qeyri-məntiqi və yersiz olduğunu deyib.

скачать dle 12.1

Şərhlər