SON DƏQİQƏ
» » Moskva Tiflisə uçuş sanksiyasını ləğv edir? - KİV

Moskva Tiflisə uçuş sanksiyasını ləğv edir? - KİV

Tarix:

10-07-2019, 14:20

/ 1 882 dəfə oxundu.
Moskva Tiflisə uçuş sanksiyasını ləğv edir? - KİV

Rusiya hökuməti Gürcüstana təyyarə uçuşlarını yenidən bərpa edə bilər.

GunAz.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yayıb.

“Əgər Gürcüstandakı situasiya normallaşdırılsa, rusofobiya dayansa, vətəndaşlarımız üçün təhlükəsizlik zəmanəti verilsə, uçuşların yenidən bərpa edilməsindən söhbət gedə bilər”, – deyə qəzetin mənbəsi bildirib.

Qeyd edək ki, Rusiya Gürcüstana təyyarə uçuşlarını ölkədə genişmiqyaslı etiraz aksiyaları başladıqdan sonra dayandırmaq qərarı verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ