SON DƏQİQƏ
» » Paşinyan Avropa Birliyindən imtina edir – Yol xəritəsi

Paşinyan Avropa Birliyindən imtina edir – Yol xəritəsi

Tarix:

8-06-2019, 14:01

/ 1 887 dəfə oxundu.
Paşinyan Avropa Birliyindən imtina edir – Yol xəritəsi

AB-Ermənistan müqaviləsinin yol xəritəsi üzərində işlər başa çatıb.

GunAz.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Yol xəritəsi keçən ilin dekabrından hazır olmalı idi. Yarım il gecikməklə hazırlanan yol xəritəsi hökumət qərarı statusu almalıdır. Mənbələrimizin məlumatına görə, hazırda bu yol xəritəsinin hüquqi qüvvəsi bir səviyyə aşağı salınıb və baş nazirin qərarı kimi təqdim ediləcək. Bu, Ermənistanın Avropadakı tərəfdaşlarını narazı salıb. Onlar hesab edir ki, bu, hökumət tərəfindən Avropa istiqamətinin ləğv edilməsidir”, – deyə qəzet bildirib.

Qəzetin mənbəsi hökumətin bu addımı Rusiya ilə münasibətlərdəki ehtiyatlılıq üçün atdığını bəyan edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ