SON DƏQİQƏ
» » Tiflisi qarışdıran rus deputat geri dönmək istəyir

Tiflisi qarışdıran rus deputat geri dönmək istəyir

Tarix:

28-06-2019, 16:03

/ 1 318 dəfə oxundu.
Tiflisi qarışdıran rus deputat geri dönmək istəyir

Rusiya Dumasının deputatı Sergey Qavrilov yenidən Gürcüstana qayıda bilər.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qavrilovun özü deyib.

“Mənim Gürcüstanla bağlı şəxsi planlarım var. Övladlarımla istilər keçəndən sonra buraya getməyi planlaşdırırdıq”, – deyə o bildirib.

Qavrilov həmçinin Tiflisə Parlamentlərarası Pravoslav Assambleyasının rəhbəri kimi gələn zamanı Patriarx Kirilldən xeyir-dua aldığını deyib.

Qeyd edək ki, iyunun 20-də Qavrilovun Parlamentlərarası Pravoslav Assambleyası çərçivəsində Gürcüstan parlamentində spikerin yerində oturması kəskin narazılıq yaratmış, ölkədə indiyə qədər davam edən aksiyalara səbəb olmuşdur.

N.SAFURA

скачать dle 12.1

Şərhlər