SON DƏQİQƏ
» » Tiflisdə etirazlar: Putinin şəkli yandırıldı, İvanişvili dəstəklədi

Tiflisdə etirazlar: Putinin şəkli yandırıldı, İvanişvili dəstəklədi

Tarix:

20-06-2019, 15:24

/ 1 908 dəfə oxundu.
Tiflisdə etirazlar: Putinin şəkli yandırıldı, İvanişvili dəstəklədi

Gürcüstan parlamentinin binasının qarşısında Parlamentlərarası Pravoslavlıq Assambleyasına qarşı keçirilən aksiyada Rusiya Prezidenti Vladimir Putinin fotosu yandırılıb.

GunAz.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Etirazçılar təcili olaraq assambleyada iştirak edən rus deputat Sergey Qavrilovun ölkəni tərk etməsi gərəkdiyini bildiriblər.

Parlamentdə baş verən skandala boz kardinal Bidzina İvanişvili də reaksiya verib. O, vətəndaşların etirazlarını anladığını və onları dəstəklədiyini bildirib. İvanişvili rus deputatın parlamentdə spikerin yerində oturmasının qəbuledilməz olduğunu deyib. O, parlamentin sədri ilə bu məsələni müzakirə etdiyini, sərt mövqe ortaya qoyduğunu və ondan iclasın dərhal dayandırılmasını tələb etdiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ