SON DƏQİQƏ
» » Gürcüstanın vitse-spikeri: Elə bir məsələ yoxdur ki, müzakirə edilib, nəticə əldə olunmasın

Gürcüstanın vitse-spikeri: Elə bir məsələ yoxdur ki, müzakirə edilib, nəticə əldə olunmasın

Tarix:

8-05-2019, 21:10

/ 220 dəfə oxundu.
Gürcüstanın vitse-spikeri: Elə bir məsələ yoxdur ki, müzakirə edilib, nəticə əldə olunmasın

Mayın 8-də Milli Məclisdə (MM) Gürcüstan-Azərbaycan parlament Dostluq Qrupunun üzvləri ilə görüş keçirilib.

GunAz.az xəbər verir ki, MM-in Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əflatun Amaşov görüşdə ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışaraq, qeyd edib ki, bu əlaqələr yüksək səviyyədədir:

“Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələr regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır. Sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq da inkişaf edir”.

Deputat vurğulayıb ki, parlamentlərarası dostluq qrupları arasında əlaqələr yüksək səviyyədədir.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament Dostluq Qrupunun sədri Zviad Dzidziquri ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb.

O, ölkələrimizin beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəklədiyini bildirib.

Vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında elə bir məsələ yoxdur ki, müzakirə edilib müsbət nəticə əldə olunmasın.

Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Qənirə Paşayevadeyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında mərhum Heydər Əliyevin misilsiz xidmətləri olub:

“Bu gün Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində böyük rolu var”.

Görüş zamanı millət vəkilləri Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

скачать dle 12.1

Şərhlər