SON DƏQİQƏ
» » Gürcüstanda azərbaycanlılar və gürcülər aksiyaya BAŞLADILAR

Gürcüstanda azərbaycanlılar və gürcülər aksiyaya BAŞLADILAR

Tarix:

8-02-2019, 15:30

/ 10 345 dəfə oxundu.
Gürcüstanda azərbaycanlılar və gürcülər aksiyaya BAŞLADILAR

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilir.

GunAz.az Report -a istinadən xəbər verir ki, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədi ilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ