
Suriyanın yeni hakimiyyət orqanları ölkənin gerbində dəyişiklik etmək qərarına gəliblər. Belə ki, onun təsvirində qanadları açılmış qartal və başının üstündə üç ulduz olacaq.
GunAz.az xəbər verir ki, dövlət rəmzi Dəməşqdə “Al-İxbariya” telekanalı tərəfindən yayımlanan təntənəli tədbirlər zamanı təqdim edilib.
Suriya Prezidenti Əhməd əl-Şaraa keçidin anım mərasimində deyib ki, yenidən dizayn edilmiş qartal ölkə tarixində yeni mərhələni və Suriya xalqının gücünü simvollaşdırır.
Qeyd edək ki, əvvəllər Suriya gerbində sinəsində iki ulduz olan qalxanlı qartal təsvir edilib. Qartal pəncələrində üzərində “Suriya Ərəb Respublikası” yazısı olan lent tutub.