SON DƏQİQƏ
» » Gürcüstandakı qarşıdurmalarda 240 nəfər yaralanıb

Gürcüstandakı qarşıdurmalarda 240 nəfər yaralanıb

Tarix:

21-06-2019, 14:59

/ 1 986 dəfə oxundu.
Gürcüstandakı qarşıdurmalarda 240 nəfər yaralanıb

Tbilisidə baş verən qarşıdurmalar zamanı 80 polis məmuru olmaqla  240 nəfər yaralanıb. GunAz.az xəbər verir ki, bunu Gürcüstanın Fövqəladə Halların Koordinasiya Mərkəzinin rəhbəri Avtandil Talakvadze jurnalistlərə açıqlayıb.

Gürcüstan paytaxtında baş verən iğtişaşlar iyunun 20-də başlayıb. Buna səbəb Parlamentlərarası Pravoslav Məclisinin Baş Assambleyasında rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin sədri kreslosunda əyləşməsi olub. 

Daha əvvəl Gürcüstan mətbuatı xəbər verirdi ki, Qavrilov Abxaziya tərəfindən Gürcüstana qarşı hərbi əməliyyatlarda iştirak edib. Qavrilov özü bu məlumatları inkar edərək döyüşlərdə iştirak etmədiyini bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər