SON DƏQİQƏ
» » Qonşu ölkədə qarşıdurma: 70-dən çox yaralı

Qonşu ölkədə qarşıdurma: 70-dən çox yaralı

Tarix:

21-06-2019, 10:03

/ 1 851 dəfə oxundu.
Qonşu ölkədə qarşıdurma: 70-dən çox yaralı

Tiflisdə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurmalar zamanı 70-dən çox insan xəsarət alıb.

GunAz.az xəbər verir ki, bu məlumatı Gürcüstan baş nazirinin müşaviri David Sergeyenko yayıb.

Xəsarət alanların 30-u etirazçı, 39-u isə polis əməkdaşı olub.

Aksiyalarda jurnalistlər də yaralanıb. Onların “Pirveli TV”, “Rustavi 2”, “Birinci kanal”, “Röyter” və “Kavkazkiy uzel”in əməkdaşları olduğu bildirilib.

Qeyd edək ki, dünən Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb. İnsidentə Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilov səbəb olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Parlament zalındakı etirazla bərabər parlamentin binası önündə aksiyalar başlayıb. Etirazçılar İrakli Kobaxidze, Daxili İşlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb ediblər. Bundan sonra parlamentin binasına yürüş başlayıb. Polis etirazçıların qarşısını kəsib.

Bidzina İvanişvili də məsələyə reaksiya verib. Boz kardinal xalqın yanında olduğunu və assambleyanın iclasının dərhal dayandırılmasını istəyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ