SON DƏQİQƏ
» » Osakada "Böyük iyirmilik" sammiti start götürüb

Osakada "Böyük iyirmilik" sammiti start götürüb

Tarix:

28-06-2019, 08:06

/ 466 dəfə oxundu.
Osakada "Böyük iyirmilik" sammiti start götürüb

Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.

"Report"un Yaponiyaya ezam olunmuş müxbirinin məlumatına görə, 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sesiya olacaq.

Tədbirlərin əsas mövzusu rəqəmsal iqtisadiyyatın inkişafı, qlobal ticarət və investisiyalar, innovasiyalar, iqlim dəyişkənliyi məsələləri və dənizlərin plastik kütlələrlə çirkləndirilməsi ilə mübarizə və səhiyyə olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ