SON DƏQİQƏ
» » Türkiyə İslandiyaya nota verdi: Qarşılığı olacaq...

Türkiyə İslandiyaya nota verdi: Qarşılığı olacaq...

Tarix:

10-06-2019, 19:28

/ 1 913 dəfə oxundu.
Türkiyə İslandiyaya nota verdi: Qarşılığı olacaq...

Türkiyə İslandiyaya nota verib.

GunAz.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Notaya səbəb futbol üzrə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya millisi ilə qarşılaşma üçün bu ölkəyə səfər edən Türkiyə millisinə qarşı hava limanında nümayiş edilən xoşəgəlməz rəftar göstərilib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun məsələni islandiyalı həmkarı ilə müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, İslandiyaya səfər edən Türkiyə millisi futbolçularının aeroportda 3 saat saxlanması, bütün əşyaların yoxlanması və onların hər birinə ayrı-ayrılıqda “gəliş səbəbi” barədə suallar verilməsi ciddi narazılıq yaradıb.

***

İslandiyanın bizdən üzr istəməsini gözləyirik.

Bu sözləri AKP-nin millət vəkili Yavuz Subaşı deyib.

O bildirib ki, hava limanında yaşananlar nə idman prinsiplərinə, nə insanlığa nə də centilmenliyə uyğundur.

Türkiyə millisinin keçmiş oyunçusu Alpay Özalan da məsələ ilə bağlı bunları deyib: "Lazımi cavabı yoldaşlarımız meydanda verəcək. Sakit olub, işimizi görmək bizim birinci dərəcəli vəzifəmizdir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ