SON DƏQİQƏ

Türkiyə Çexiyaya nota verdi

Tarix:

27-02-2018, 19:51

/ 6 290 dəfə oxundu.
Türkiyə Çexiyaya nota verdi

Türkiyə Praqa məhkəməsinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu - red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı qərarına etiraz olaraq Çexiyaya nota verib.

Gunaz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Türkiyə olaraq Çexiyaya nota verdik. Bu qərar hər şeyin bitdiyi anlamına gəlməz. Başqa ölkəyə getsə də, rahat buraxmayacağıq. Ortada məhkəmə qərarları və qırmızı bülleten var”, - o deyib.

Qeyd edək ki, bu gün Praqa məhkəməsi Saleh Müslimi sərbəst buraxıb. İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın 25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun ekstradisiyasını tələb etmişdi.

Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat qoyulmuşdu.

скачать dle 12.1

Şərhlər