SON DƏQİQƏ

İraq ABŞ-a nota verdi

Tarix:

7-12-2017, 18:45

/ 990 dəfə oxundu.
İraq ABŞ-a nota verdi

İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verib.
Gunaz.az TRT-yə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman nazirliyə çağırılıb və nota təqdim olunub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ