SON DƏQİQƏ
» » Tokayevdən seçki açıqlaması: Əsassız tənqidlər...

Tokayevdən seçki açıqlaması: Əsassız tənqidlər...

Tarix:

10-06-2019, 10:35

/ 1 884 dəfə oxundu.
Tokayevdən seçki açıqlaması: Əsassız tənqidlər...

Qasım-Jomart Tokayev Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra həmvətənlərinə göstərdikləri etimada görə təşəkkür edib.

GunAz.az xəbər verir ki, bu barədə namizədin seçki qərargahından açıqlama verilib.

“Seçkiqabağı kampaniyanın sivil xarakter daşımasına və sakit keçməsinə çox şadam. Əslində rəqabət seçki proqramları arasında aparıldı. Bir-birinin ünvanına əsassız tənqidlər səsləndirilmədi. Bütün bunlar ölkədə siyasi mədəniyyətin yüksəlməsindən xəbər verir”, - Tokayev bildirib.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçirilib. Prezidenlik adı uğrunda 7 namizəd mübarizə aparıb. Ekzit-poll nəticələrinə görə, 70 faizə yaxın səs toplayan Tokayev seçkiyə liderlik edir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ