SON DƏQİQƏ
» » Qazaxıstanda erkən seçkilərin vaxtı məlum oldu

Qazaxıstanda erkən seçkilərin vaxtı məlum oldu

Tarix:

9-04-2019, 19:27

/ 10 199 dəfə oxundu.
Qazaxıstanda erkən seçkilərin vaxtı məlum oldu

Qazaxıstanın prezidenti vəzifələrini icra edən Kasım-Jomart Tokayev respublikada keçiriləcək növbədənkənar prezident seçkilərinin tarixini elan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Növbədənkənar seçkilərin iyunun 9-da keçirilməsi ilə bağlı qərar qəbul etmişəm”, - deyə K.Tokayev öz müraciətində bildirib.

O bildirib ki, növbədənkənar seçkilərlə bağlı qərar olduqca vacibdir.

Xatırladaq ki, təxminən 30 il ərzində Qazaxıstana başçılıq etmiş Nursultan Nazarbayev martın 19-da istefa verdiyini elan edib. Bununla belə, o, Təhlükəsizlik Şurasının və “Nur Otan” partiyasının sədri vəzifələrini qoruyub saxlayıb. Prezidentin səlahiyyətləri müvəqqəti olaraq senatın spikeri K.Tokayevə ötürülüb.

скачать dle 12.1

Şərhlər