SON DƏQİQƏ

Naxçıvana uçan təyyarə Lənkərana endi

Tarix:

8-06-2019, 18:58

/ 1 948 dəfə oxundu.
Naxçıvana uçan təyyarə Lənkərana endi

Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi eniş edə bilməyib.

GunAz.az xəbər verir ki, təyyarənin Naxçıvan Beynəlxalq Hava Limanına enməsinə hava şəraiti mane olub.

Məhz bu səbəbdən pilotlar təyyarənin istiqamətini dəyişərək Lənkərana uçublar. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına enib.

Hazırda sərnişinlər hava limanında gözləyir.

***

Bu gün Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, lakin Lənkərana məcburi eniş etmiş təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.

Bu barədə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ