SON DƏQİQƏ

Moskvadan Lənkərana ilk uçuş

Tarix:

8-06-2018, 21:33

/ 10 338 dəfə oxundu.
Moskvadan Lənkərana ilk uçuş

İyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə Lənkəran hava limanında yerə enib.

Gunaz.az xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran-Moskva reysi ilə uçan təyyarənin sərnişinlərinin qarşılanma mərasimi olub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev təyyarənin heyət üzvlərini salamlayaraq bildirib ki, Azərbaycanın dünya ölkələri və yaxın qonşumuz olan Rusiya ilə dostluq və əməkdaşlıq əlaqələri genişləndikcə sərnişinlərin gediş-gəlişi də çoxalır.

Qeyd olunub ki, 2008-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Lənkəran hava limanından indiyə qədər beynəlxalq xətlər üzrə yalnız Rusiya təyyarələri sərnişin daşıyıblar.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb. Lənkəranda yeni hava reysinin açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, cənub bölgəsində turizmin inkişafında əhəmiyyətli rol oynayacaq. (AZƏRTAC)

скачать dle 12.1

Şərhlər