
İstanbulun Atatürk Hava Limanına təcili eniş edən özəl təyyarə qəzaya uğrayıb.Uçuş-enmə zolağından çıxan təyyarə sonra yanmağa başlayıb. Qəzaya görə, hava limanında uçuşlar təxirə salınıb, limana giriş-çıxış dayandırılıb. Özəl təyyarənin kimə və ya hansı şirkətə məxsus olduğu, qəzanın baş vermə səbəbi hələlik bəlli deyil. Türkiyənin "Ntv" kanalı dörd nəfərin yaralandığı barədə məlumat verib.