
Bir neçə Sinqapur bankı heç bir səbəb gətirmədən ölkədə yaşayan iranlıların hesablarını bağlamağa başlayıb.
GunAz.az xəbər verir ki, bu barədə “Straits Tayms” qəzeti məlumat yayıb.
Qəzet hesabların qapadılmasının ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar olduğunu bildirib. İranlıların hesablarının qapadılmasının xüsusilə UOB və OCBC banklarında qeydə alındığı vurğulanıb.