Sinqapur bankları iranlıların hesablarını bağlayır

Bir neçə Sinqapur bankı heç bir səbəb gətirmədən ölkədə yaşayan iranlıların hesablarını bağlamağa başlayıb.
GunAz.az xəbər verir ki, bu barədə “Straits Tayms” qəzeti məlumat yayıb.
Qəzet hesabların qapadılmasının ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar olduğunu bildirib. İranlıların hesablarının qapadılmasının xüsusilə UOB və OCBC banklarında qeydə alındığı vurğulanıb.