SON DƏQİQƏ

ABŞ-dan Türkiyəyə ultimatum

Tarix:

5-06-2019, 11:45

/ 2 585 dəfə oxundu.
ABŞ-dan Türkiyəyə ultimatum

ABŞ Türkiyəyə S-400 kompleksləri ilə bağlı ultimatum verib.

CNBC xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson Türkiyənin ABŞ-ın F-35 təyyarələrini əldə etməsi üçün Rusiyanın S-400 komplekslərindən imtina etməli olacağını bildirib.

O qeyd edib ki, Rusiya ABŞ və NATO-nun əsas rəqibi olduğu üçün onları zəiflətmək istəyir. Bu üzdən Türkiyə ABŞ raketlərinə qarşı yaradılan silahlara malik olmamalıdır.

“Seçim sizindir. Ya birini, ya digərini seçməlisiniz”, - deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər