SON DƏQİQƏ
» » Rusiya bizim üçün NATO-ya alternativ deyil - Türkiyə

Rusiya bizim üçün NATO-ya alternativ deyil - Türkiyə

Tarix:

17-04-2019, 15:19

/ 10 193 dəfə oxundu.
Rusiya bizim üçün NATO-ya alternativ deyil - Türkiyə

S-400 əldə etməsiylə əlaqədar NATO üzvlüyündən ixracımız məsələsinin müzakirəsi Türkiyə üçün qəbuledilməzdir.

GunAz.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

“Türkiyə NATO-nun tamhüquqlu üzvüdür və alyansın istənilən qərarlarının qəbulunda səs haqqına sahibdir. S-400 məsələsi kontekstində Türkiyənin NATO üzvlüyündən çıxarılması məsələsinin kiminsə tərəfindən müzakirəsi qəbuledilməzdir. Türkiyə üçün Rusiya ilə münasibətlər ABŞ və ya AB ilə dialoqa alternativ deyil. Türkiyədə S-400-lərin yerləşdirilməsinin F-35 müqaviləsi üçün təhdid olacağıyla bağlı sübutlar gətirilir. Ona görə də Ankara təklif edib ki, NATO-nun himayəsi altında texniki komitə yaradılsın. Türkiyə ABŞ-ın bu təklifə cavabını gözləyir”,– deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ