SON DƏQİQƏ

NATO bizim üçün vuruşmayacaq - Deputat

Tarix:

8-02-2019, 23:24

/ 10 488 dəfə oxundu.
NATO bizim üçün vuruşmayacaq - Deputat

Ancaq özümüz özümüzü müdafiə edə bilərik. NATO bizim təhlükəsizliyimizin girovu deyil.

GunAz.az xəbər verir ki, bu sözləri Ukraynanın “Müxalif Blok” fraksiyasının Radadakı deputatı Yevgeni Balıçki deyib.

O bildirib ki, ölkə alyansa üzv olsa belə, NATO əsgərləri Ukrayna uğrunda vuruşmayacaq:

“XX əsrin sonunda hətta NATO ölkələri arasında konflikt yaşanmışdı.Türkiyə Kipr uğrunda Yunanıstanla müharibə aparmışdı. Hazırda onlar arasında konflikt davam etməkdədir. NATO-ya daxil olmayan Argentina Böyük Britaniya ilə savaşa daxil olmuşdur. NATO ölkələrinin hər hansı maraqları yoxdursa, heç vaxt partnyor üçün döyüşə atılmayacaqlar. Heç kim bizim üçün döyüşməyəcək”.

скачать dle 12.1

Şərhlər