
İsrail parlamenti hökumət koalisiyasının yaradılmasıyla bağlı danışıqlarda uğursuzluğa düçar olması ucbatından özünü buraxmağa səs verib.
GunAz.az xəbər verir ki, bu qərar sayəsində İsrail sentyabrda yeni parlament seçkisi keçirməli olacaq.
Qeyd edək ki, bundan öncə Baş nazir Benyamin Netanyahuya mayın 29-na qədər hökuməti formalaşdırmaq səlahiyyəti verilmişdi. Millətçi və dini partiyalardan koalisiya yaratmağı planlaşdıran Netanyahu bu işdə uğur əldə edə bilmədi.
N.SAFURA