SON DƏQİQƏ

Netanyahu İsrail hökumətini TƏHDİD ETDİ

Tarix:

19-03-2017, 14:28

/ 1 631 dəfə oxundu.
Netanyahu İsrail hökumətini TƏHDİD ETDİ

İsrailin baş naziri Benyamin Netanyahu hökuməti buraxacağı və növbədənkənar seçkilərlə təhdid edib. 
Buna səbəb Netanyahu maliyyə naziri Moşe Kaxlon arasında yaranmış fikir ayrılığıdır. Yerli mətbuat yazır ki, fikir ayrılığı dövlət televiziya və radio yayımı sistemində islahatların aparılması üzündən yaranıb.
Bu yaxınlarda kabinetin rəhbəri özünün "Feysbuk” sosial şəbəkəsindəki hesabında dövlət yayım quruluşlarının islahatından imtina etdiyini bildirmişdi. Həmi islahat dövlətə məxsus yayım quruluşları və ictimai korporasiyalar üzərində az nəzarət olunmasını özündə ehtiva edirdi.
"Baş nazir dünən kabinetin iclası zamanı bildirib ki, əgər maliyyə naziri Moşe Kaxlon yeni yayım korporasiyasının yaradılması fikrindən imtina etməsə, o, İsraili yeni parlament seçkisinə aparacaq”, deyə "Haaretz” qəzeti yazır.
Onu da bildirək ki, İsraildə hakimiyyətin və onun rəhbərinin formalaşdırılmasını nəzərdə tutan parlament seçkisi qanunvericiliyə uyğun olaraq yalnız 2019-cu ildə keçirilməlidir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ