SON DƏQİQƏ
» » Rusiya ilk dəfə bu təyyarənin uçuşunu reallaşdırdı

Rusiya ilk dəfə bu təyyarənin uçuşunu reallaşdırdı

Tarix:

30-03-2019, 21:11

/ 10 217 dəfə oxundu.
Rusiya ilk dəfə bu təyyarənin uçuşunu reallaşdırdı

Bu gün Rusiyanın ilk hərbi-nəqliyyat təyyarəsi İl-112V-nin birinci uçuşu baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə təyyarəni istehsal edən “İlyuşin” şirkəti məlumat yayıb. Sınaq uçuşunun uğurla başa çatdığı bildirilib.

Yeni təyyarənin 2030-cu ilə qədər istismar müddəti başa çatmaq üzrə olan An-26 təyyarəsinin 50 faizini, 2032-ci ilə qədər isə 90 faizini əvəz edəcəyi gözlənilir.

Qeyd edək ki, İl-112V yüngül həcmli hərbi-nəqliyyat təyyarəsi beş ton ağırlığında silah və hərbi texnika, yük və şəxsi heyətin, habelə ticari əməliyyatlar zamanı geniş çeşidli yüklərin daşınması üçün nəzərdə tutulub. Gələcək perspektivdə İl-112V-nin daşınma effektivliyi baxımından 2 dəfə üstələdiyi An-26 təyyarəsini əvəz etməkdən əlavə, bu sinifdən olan digər nəqliyyat təyyarələri ilə də rəqabətə girə biləcəyi bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ