SON DƏQİQƏ

200 milyon insan ETİRAZA QALXDI

Tarix:

8-01-2019, 12:19

/ 10 207 dəfə oxundu.
200 milyon insan ETİRAZA QALXDI

Hindistanda 200 milyondan çox insan iki günlük ümumilli tətilə qoşulub.

GunAz.az xəbər verir ki, bu məlumatı NDTV televiziyası yayıb. Məlumata görə, tətillər həmkarlar təşkilatları və sol hərəkatlar tərəfindən təşkil edilib. Etirazçılar minimal əmək haqqının və təqaüdlərin artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, işsiz gənclər üçün iş yerləri açılmasını tələb edirlər.

Tətil iştirakçıları həmçinin mərkəzi hökuməti işçilərin maraqlarını müdafiə etməməkdə ittiham edib.

İşçilərin başlatdığı tətillərə fermer birlikləri də qoşulub.(axar.az)

скачать dle 12.1

Şərhlər