SON DƏQİQƏ
» » “Brussels Airlines” öz reyslərinin 75 faizini ləğv edib

“Brussels Airlines” öz reyslərinin 75 faizini ləğv edib

Tarix:

14-05-2018, 12:46

/ 10 242 dəfə oxundu.
“Brussels Airlines” öz reyslərinin 75 faizini ləğv edib

Mayın 14-də "Brussels Airlines” aviakompaniyasının pilotlarının tətili 34 min sərnişinə təsir edəcək.
Gunaz.az  Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, tətildə iştirak edən pilotlar əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılması tələbini irəli sürür. Tətil səbəbdən hər 4 reysdən 3-ü ləğv olunub. İki gün davam edəcək tətillər ümumilikdə 60 min sərnişinə zərər vuracaq. Kompaniya indiyə qədər 55 min sərnişinlə əlaqə qura bilib və onların əksəriyyətinə yeni reyslər təklif olunub. Digər sərnişinlər isə kompensasiya alacaq və ya kompaniyaya qarşı iddia qaldıracaq.
Kompaniyanın rəhbərliyi və həmkarlar ittifaqı arasında danışıqlar davam edir.
Ekspertlərin hesablamalarına görə, mayın 14-də və 16-da keçiriləcək tətillər 557 min reysə və 60 min sərnişinə təsir edəcək, habelə aviaşirkətə təxminən 10 milyon avro zərər vuracaq. 2018-ci ilin ilk kvartalında aviasiya daşıyıcısının zərəri 26 milyon avro təşkil edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ