SON DƏQİQƏ
» » Babək Zəncaninin edamı niyə təxirə salındı? - Səbəb

Babək Zəncaninin edamı niyə təxirə salındı? - Səbəb

Tarix:

15-12-2018, 08:00

/ 10 215 dəfə oxundu.
Babək Zəncaninin edamı niyə təxirə salındı? - Səbəb

İranlı milyarder Babək Zəncaniyə verilən edam cəzasının icrası təxirə salınıb. GunAz.az xəbər verir ki, buna səbəb ona qarşı qaldırılan cinayət işi üzrə şübhəli şəxslərin izinə düşülməsidir.

İran prokurorluğu bəyan edib ki, hökumətdən oğurlanan bütün pullar büdcəyə qaytarıldıqdan sonra Babək Zəncani edam olunacaq.

2.8 milyard dollarlıq korrupsiya işində təqsirli bilinərək 2016-cı ildə edam cəzasına layiq görülən iş adamının xaricdə külli miqdarda sərvətinin olduğu bildirilir.

Babək Zəncani şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs olunub. Zəncani bu ittihamları rədd edir.

Zəncaninin vəkili Zöhrə Rezali BBC-ə deyib ki, məhkəmə qərarı "siyasi motivlidir".

İranın ən varlı adamlarından biri olan Babək Zəncani, İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanaraq ABŞ və Avropa İttifaqının qara siyahısında olub.

O, BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran nefti satdığını boynuna alıb.

Cənab Zəncaninin var-dövlətinin təxminən 13,5 milyard dollar olduğu deyilir.

Həbsindən əvvəl cənab Zəncani deyirdi ki, beynəlxalq sanksiyalara görə o, hökumətə borclu olduğu 1,2 milyard dolları qaytara bilməyib.(Teleqraf)

скачать dle 12.1

Şərhlər