SON DƏQİQƏ

Köpək balığı sörfinqçiyə hücum edib

Tarix:

9-12-2018, 11:30

/ 10 252 dəfə oxundu.
Köpək balığı sörfinqçiyə hücum edib

Avstraliyanın Sidney şəhərinin şimalında yerləşən Nambakka-Heds şəhəri sahillərində köpək balığı 36 yaşlı kişiyə hücum edib.

GunAz.az xəbər verir ki, bu barədə bazar günü milli SBS telekanalı məlumat yayıb.

Yeni Cənubi Uels ştatının Sularda Xilasetmə Xidmətinin məlumatına görə, zərərçəkmiş xəstəxanada ağır vəziyyətdədir.

“Köpək balığının hücumu zamanı 36 yaşlı kişi Nambakka-Hedsin şimal çimərliyində sörf sürürmüş, yırtıcı onun ayağından tutaraq suya salıb. Kişini yaxınlıqda üzən sörfinqçilər xilas ediblər. Onlar köpək balığını qovaraq zərərçəkmişi sudan sahilə çıxardıblar və ona ilkin tibbi yardım göstəriblər”, - deyə məlumatda bildirilir.

Ştat polisinin bildirdiyinə görə, Nambakka-Hedsin bütün şəhər çimərlikləri hadisədən sonra bağlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ