SON DƏQİQƏ

Naqqa balığının orqanizmə xeyiri

Tarix:

20-04-2018, 08:40

/ 16 672 dəfə oxundu.
Naqqa balığının orqanizmə xeyiri

Naqqa balığı ən hiyləgər və axtardığını tapmağa cəhd göstərərn balıqdır. Naqqa balığı əsasən çaylarda yaşayır və onun çəkisi 300 kiloqrama qədər arta bilir. Naqqa balığı adətən 80-100 il ömür sürə bilir və bu qədər yaşadıqları zaman ən maksimal çəkiyə sahib olurlar. Bu ölçüdə naqqa balığını ovlamaq çətin olur. Ən çox 10-20 kq çəkidə olan naxa balığı ovlandığına görə, satış məntəqələrində onların əti satılır. Naqqa balığı digər balıqlardan xarici görünüşlərinə görə fərqlənirlər. Onların özünəməxsus uzun bığları və uzun, balıq quyruğuna bənzəyən quyruğu olur. Naqqa balığının pulcuqları az olur.

Gunaz.az immunitet.az-a istinadən bildirir ki, naqqa balığının əti demək olar ki, tam sümüksüz, yağlı, yumşaq və şirin olur. Bu balığın ətini yalnız qızardılmış şəkildə yeyirlər.
Naqqa balığının əti makro və mikroelementlərlə zəngindir. Onun tərkibində kalsium, maqnium, natrium, kalium, xlor, dəmir, sink, yod, marqanes, xrom, flor, molibden, kolbat, nikel var. Naqqa balığının əti A, B1, B2, B6,B9, C, E, PP vitaminləri ilə zəngindir. Bu balığn ətində protein, yağlar və insan orqanizmi üçün lazım olan bütün elementlər var. Naqqa balığının əti amin turşularla zəngindir. Onda olan zülallar orqanizm üçün çox faydalıdır. 200 qram naqqa balığı yemək orqanizmin heyvani zülallara, amin turşulara olan tələbatını ödəyir. Naqqa balığı yemək dəri və selikli qişaların sağlam olmasına səbəb olur. Onun ətində olan zülallar orqanizmin inkişafına, boyun uzanmasına səbəb olur. Naqqa balığı uşaqlar üçün ən faydaıllı balıqdır. Naqqa balığının əti həzmi normallaşdırır, qanda şəkərin miqdarına nəzarət edir. Tərkibində olan antioksidantlar orqanizmin müdafiə qüvvəsinin artmasına və iltihabi xəstəliklərin qısa bir zamanda sağalmasına səbəb olur.

Naqqa balığının ciddi əks təsirləri yoxdur, amma o bəzi hallarda allergen ola bilir. Buna görə də ilk dəfə naqqa balığı yeyərkən diqqətli olmaq lazımdır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ