SON DƏQİQƏ
» » “Amerika çökəcək” – SEPAH-dan şok təhdid

“Amerika çökəcək” – SEPAH-dan şok təhdid

Tarix:

5-11-2018, 08:31

/ 10 259 dəfə oxundu.
“Amerika çökəcək” – SEPAH-dan şok təhdid

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların tətbiqinə dair bəyanat yayıb.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bəyanatda sanksiyalara görə ABŞ-a kəskin etiraz edilib.

Bəyanatda deyilir:

“Amerika imperializminin çökməsi qaçınılmaz reallıqdır. ABŞ və İran arasında 40 ildir davam edən meydan oxuma bir yandan İranın nüfuzunu göstərdiyi halda, digər yandan bu, ABŞ-ın çökməyə başlamasını göstərir”.

Qeyd edək ki, bu gündən etibarən ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başlayıb.

Onu da əlavə edək ki, 4 noyabr 1979-cu ildə islam inqilabçılarının Tehranda ABŞ səfirliyini ələ keçirməsinin 39-cu ildönümüdür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ