SON DƏQİQƏ

İran Suriyada daha 2 hərbçi itirdi

Tarix:

29-10-2017, 16:59

/ 1 163 dəfə oxundu.
İran Suriyada daha 2 hərbçi itirdi

İran İnqilab Keşikçiləri Korpusu – SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət daha 2 muzdlusu Əli Nəcib Məhəmmədi və Səməd Cəmşidi Suriyada gedən döyüşlərdə həlak olub.

Gunaz.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş SEPAH-ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının hər iki üzvü bir neçə gün əvvəl Suriyada müxaliflərə qarşı keçirilən əməliyyatda həlak olub. Cənazələri ölkəyə gətirilən əfqan SEPAH-çılar Tehranda dəfn ediliblər.

Qeyd edək ki, İran hökuməti B.Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb hərəminin müdafiəçiləri” adlandırır. Son illər minlərlə SEPAH-çı Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb.

Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan SEPAH-ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ