SON DƏQİQƏ

İrana qanlı hücum: 10 hərbçi həlak oldu

Tarix:

21-07-2018, 15:59

/ 10 434 dəfə oxundu.
İrana qanlı hücum: 10 hərbçi həlak oldu

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.

Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.

Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

скачать dle 12.1

Şərhlər