SON DƏQİQƏ

“Sülh olmadan inkişaf mümkün deyil”

Tarix:

26-10-2018, 13:55

/ 10 218 dəfə oxundu.
“Sülh olmadan inkişaf mümkün deyil”

Mən bilirəm ki, siz ölkədəki problemləri sülh yolu ilə həll etməyə çalışırsınız. BMT baş katiblərindən biri qeyd etmişdi ki, sülh olmadan inkişaf mümkün deyil.

GunAz.az Publika -ya xəbər verir ki, bunu Dayanıqlı İnkişafa Dair Bakı Formu çərçivəsində “2030-cu ilədək Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək , hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inküliziv təşkilatlar qurmaq” mövzusunda çıxış edən BMT Baş katibinin köməkçisi Aleksandr Zuev deyib.

Ali qonaq qeyd edib ki, onun ofisi müəyyən araşdırmalar aparıb: “Bir çox mütəxəssislər hesab edirlər ki, terrorizm kasıblıqdan yaranır. Məncə, əsas səbəb bununla bağlı deyil. İnsanların radikallaşması, münaqişələrin yaranması, insan hüquqlarına hörmət edilməməsi, korrupsiya, zorakılıq baş verəndə bunun nəticəsi pis olur. Fikrimcə, dayanıqlı inkişafa nail olmaq məqsədilə 16-cı məqsədin həyata keçirilməsi digər məqsədlərin həyata keçirilməsində baza rolu oynaya bilər. Əlbəttə, bütün məqsədlər əhəmiyyətlidir. Mənə xoşdur ki, Azərbaycan bu məqsədlərin həllinə nail olmaq üçün addımlar atır, uğurlar qazanır. Mən Azərbaycanda keçirilən forumlarda iştirak edirəm, Bakının necə dəyişdiyini görürəm”.

O, əlavə edib ki, bir sıra ölkələrdə qanunun aliliyinin qorunmasına çalışan ofisləri fəaliyyət göstərir: “Biz tək işləmirik, hökumətlər və xalqlarla işləyirik. Mən burada BMT-nin İnkişaf Proqramının və digər strukturlarının əməkdaşlarını görürəm. Bu çox xoşdur”.

BMT-nin sülhməramlı əməliyyatlar bölməsinin rəsmisi çıxışı zamanı Somali, Qambiya və digər ölkələrdəki fəaliyyətləri haqqında məlumat verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ