SON DƏQİQƏ
» » “Onların arasında bağ qurmaq mümkün deyil” - Siyavuş Novruzov

“Onların arasında bağ qurmaq mümkün deyil” - Siyavuş Novruzov

Tarix:

11-01-2018, 16:52

/ 1 101 dəfə oxundu.
“Onların arasında bağ qurmaq mümkün deyil” - Siyavuş Novruzov

“Hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma “Müsavat” partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır”. 
Gunaz.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, ötən əsrin əvvəllərində yaradılmış “Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi: “İndiki “Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə, bir çox tarixçının və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran “Müsavat”la, 1992-93-cü illərdə hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkün deyil, hətta büsbütün absurddur”.
скачать dle 12.1

Şərhlər